Ukrayna Prezidenti Volodimir Zelenski 6 avqust tarixində Ukraynanın Xorvatiya, Albaniya və Monteneqrodakı səfirlərinin vəzifədən azad edilməsi barədə fərmanlar imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Evropeyskaya pravda" məlumat yayıb.
Fərmana əsasən, Vasili Kiriliç Ukraynanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən uzaqlaşdırılıb.
Digər bir fərmanla Zelenski Vladimir Şkurovun Ukraynanın Albaniyadakı səfiri statusundakı səlahiyyətlərinə son qoyub. O, bu vəzifəni 2020-ci ilin aprelindən bəri icra edirdi.
Bundan başqa, digər fərmanla Ukraynanın Monteneqrodakı səfiri Oleq Gerasimenko da vəzifəsindən azad edilib.
Xatırladaq ki, daha əvvəl, avqustun 3-də Zelenski Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişinanı istefaya göndərmişdi.
Bizim.Media