Düzgün eynək seçiminin ƏHƏMİYYƏTİ – Oftalmoloq, yoxsa apteklərə müraciət edək?

Hər sahəni onun peşəkarından öyrənmək hər zaman daha məqsədəuyğun sayılıb.  Əlbəttə, bu sağlamlığımızla bağlı da belədir. Çalışmalıyıq ki, orqanizmimizlə bağlı məsələləri həmin sahə üzrə professional şəxsə həvalə edək. 

Məsələn, bəzi insanlar gözlərində zəiflik hiss etdikləri zaman oftalmoloqa yox, hər hansısa bir aptekin optika hissəsinə müraciət edirlər, həmin aptek şəxsin gözünü yoxladıqdan sonra ona eynək təyin edir. Bunun nə dərəcə düzgün olduğu isə müzakirə məsələsidir. 

Yəni aptekdə çalışan şəxs həkim qədər düzgün diaqnoz qoya bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən oftalmoloq Qurban İsmayılov məsələyə belə münasibət bildirib:

“İri optikalarda çalışan həkim-oftalmoloqların düzgün eynək təyin etməsi mümkündür. Ancaq göz həkimi olmayan birinin diaqnoz qoyub eynək satması təbabətin qanunlarına uyğun deyil”. 

Düzgün eynək təyin edilməsə, hansı problemlər yaranar?

“Eynək düzgün təyin olunmadığı zaman gözlərdə, başda ağrı, ürək bulanma, qusma, görmədə narahatlıq yarana bilər”. 

Həkim həmçinin göz zəifliyi və onun yaranma növlərindən asılı müalicələrini də açıqlayıb: 

“İnsan anadan olduğu andan etibarən görmə itiliyində müəyyən dəyişikliklərin olması mümkündür. Görmənin zəifləməsi əsasən refraksiyon buynuz qişaya,  büllura, gözün arxa seqmentində yerləşən torlu qişaya və görmə sinirinə bağlı olaraq dəyişə bilir. Buynuz qişanın, büllurun, torlu qişanın və görmə sinirinin  patologiyaları zamanı xəstənin görməsi zəifləyibsə, bu zaman eynəyin korreksiyası gözün görmə səviyyəsini artıra bilməz.
 

İnsanın gözündə miopia, hipermetropiya, astiqmatizm varsa, eynək korreksiyası mümkündür. İnsanın büllurunun mərkəzində bulanma olan zaman yalançı miopiya əmələ gələ bilər, bu zaman isə həkimlərin və aptekin təyin etdiyi eynəklər müvəqqəti olur”.


Qurban İsmayılov sonda qeyd edib ki, həkim 30 yaşına qədər insanın gözünə eynək təyin etmək üçün mütləq 3 dəfə dərman tökməklə akkomadasiyanın spazmını  götürüb, daha sonra eynək təyin etməlidir. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

End of content

No more pages to load

RADİO