Daşınmaz əmlakın ilkin qeydiyyatı SADƏLƏŞDİRİLİR? – FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib.

Bizim.Media xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Dövlət Xidmətinin fəaliyyətində müasir idarəetmə elementlərinin tətbiqinə və modern yanaşmalara uyğun olaraq, əmlak idarəçiliyi sahəsində davamlı, genişmiqyaslı tədbirlər həyata keçirildiyini qeyd edib.  
 

Digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, o cümlədən göstərilən xidmətlərin elektronlaşması istiqamətində mühüm layihələrin icra edildiyini diqqətə çatdırıb.


Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının artırılması və iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, ictimaiyyətin dəqiq və dolğun informasiya ilə təmin edilməsində və sahəvi jurnalistikanın inkişafının stimullaşdırılmasında belə seminarların təşkilinin əhəmiyyətini vurğulayıb.

Sonra Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin departament müdiri Rəşad Əbləsənov “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda təqdimatla çıxış edib.
 

O, daşınmaz əmlakın ilkin qeydiyyatı prosedurları, tələb olunan sənədlər, qanunvericiliyin tələbləri, bu sahədə vətəndaşların daha çox istifadə etdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verib.


Seminarda mövzu ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb, onlara sertifikatlar təqdim olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

End of content

No more pages to load

RADİO