Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olundu – FOTO

Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna ərazisində həbs edilən Kamerun bayrağı altında üzən gəminin azərbaycanlı heyəti təxliyə olunub. 

Bizim.Media-nın məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 6-da səfirliyin konsulluq şöbəsinin fövqəladə hallar üçün nəzərdə tutulmuş “qaynar xətti”nə müraciət daxil olub.

Məlum olub ki, bir aydan artıq Odessanın “Reniy” dəniz ticarət limanında Kamerun bayrağı altında üzən “Usko Shipping” şirkətinə məxsus “Usko Mfu” adlı ticarət gəmisi sözügedən limanda saxlanılaraq dənizə çıxması Ukrayna hökuməti tərəfindən məhdudlaşdırılıb.

Gəmidə 12 nəfərdən ibarət heyətin xidmət apardığı, onlar arasında 7 nəfərin (bir nəfər gəmi kapitanı) Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyənləşib. 
 

Səfirlik dərhal Azərbaycan vətəndaşlarının təxliyəsi üçün təxirəsalınmaz işlər görüb. Bu xüsusda Azərbaycan ilə Ukrayna arasında 1997-ci il martın 24-də Kiyev şəhərində imzalanmış Konsulluq Konvensiyasının müvafiq bəndləri rəhbər tutularaq vətəndaşlarımızın təxliyəsi istiqamətində Ukrayna dövlət qurumları ilə yazışmalara başlanılıb. 


İlkin olaraq Ukrayna Dövlət Sərhəd Xidmətindən vətəndaşların ölkəyə daxil olması ilə bağlı tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Habelə səfirlik tərəfindən “Reniy” dəniz ticarət limanının rəhbərliyi və Ukrayna Xarici İşlər Nazirliyi qarşısında müvafiq görüşlərin keçirilməsi üçün vəsatət qaldırılıb.

Səfirlik tərəfindən atılan müvafiq addımlar nəticəsində oktyabrın 4-də vətəndaşlarımızın təxliyə edilməsi üçün razılıq əldə olunub. 

Qeyd olunan tarixdə səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov, Pərviz Əsədov “Reniy” dəniz ticarət limanına ezam olunublar və Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, bir Türkiyə vətəndaşının da təxliyəsi həyata keçirilərək vətənlərinə dönməsi təmin olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

End of content

No more pages to load

RADİO