Media nümayəndələri üçün humanitar minatəmizləmə sahəsində təlim təşkil edildi – FOTO

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün humanitar minatəmizləmə fəaliyyətinə dair təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, Ağdam rayonunda keçirilən təlimin başlıca məqsədi media nümayəndələrinin mina təhlükəsi ilə mübarizə fəaliyyətinin işıqlandırılması sahəsində ixtisaslaşdırılması, peşəkarlıq səviyyəsinin artırılmasıdır.
 

Ağdam rayonunun Sarıcalı kəndinə səfər edən təlim iştirakçılarına Agentliyin Əməliyyat rəhbəri Xaliq Zülfüqarov tərəfindən ərazidə icra edilən humanitar minatəmizləmə fəaliyyəti, texniki tədqiqatın nəticəsinə əsasən tətbiq olunan metodologiyalar, sahənin işarələnməsi sistemi barədə ətraflı məlumat verilib. 


Təlimin ikinci hissəsi Agentliyin Ağdam mobil bazasında davam etdirilib. Təlim zamanı salamlama nitqi ilə çıxış edən ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə Sərkərova cəmiyyətin mina təhlükəsi ilə bağlı məlumatlandırılmasında medianın aparıcı rolunu, bu sahədə informasiya prioritetləri, media ilə qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib. 

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev isə müvafiq sahədə ictimai məlumatlılığın artırılması və əhali arasında təbliğatın səmərəli formada aparılmasında medianın xüsusi rol oynadığını qeyd edib. 

Agentliyin Göygöl Regional Təlim Mərkəzinin təlimatçısı Rəşad Əliyev tərəfindən humanitar minatəmizləmə təlimlərinin əsasları, minatəmizləmə fəaliyyəti üzrə mövcud kadr potensialının inkişafı və yeni kadrların hazırlanması prosesinin icrası haqda məlumat verilib.

Həmçinin mövcud mina təhlükəsi barədə məlumatlılığın artırılması məqsədilə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimi keçilib. 

Sonda keçirilən müzakirələrdə məlumatların dolğun və obyektiv ötürülməsi, mina təhlükəsi ilə mübarizədə dezinformasiya hallarının qarşısının alınmasında maarifləndirmənin əhəmiyyəti vurğulanıb. 


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

End of content

No more pages to load

RADİO