Bakının Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.
Bizim.Media