“Sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsinin vaxtının çatdığını düşünürəm”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar İskəndərov deyib.
O, bildirib ki, bununla bağlı qanunun qəbul edilməsində vaxt itirməmək lazımdır:
“Artıq sosial şəbəkələrin nizamlanması ilə bağlı beynəlxalq təcrübələr var, ölkələr qərar qəbul ediblər. Biz də vaxt itirmədən bu məsələ haqqında qanun qəbul etməliyik”.
Günay Şahmar, Bizim.Media