Bakıda fəhlənin ölümünə görə vəzifəli şəxsə CƏZA VERİLDİ

Bakı Apellyasiya Məhkəməsində tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmada təqsirləndirilən Caniyar Abdalovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayəti və ona əlavə təmin edilməyib. Dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunub, Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Onun çalışdığı MMC-yə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilib. Belə ki, MMC-dən 5000 manat mənəvi zərər, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsinin xeyrinə tutulub.
 

İttihama görə, Caniyar Abdalov Bakıda fəaliyyət göstərən MMC-lərin birində çoxmənzilli yaşayış binasında iş icraçısı vəzifəsini yerinə yetirib. O, fəaliyyət göstərdiyi müddətdə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binası inşa olunub. 


Həmin vaxt - 14 oktyabr 2023-cü il tarixdə zərərçəkmiş F.Ağayev sözügedən yaşayış binasının 7-ci mərtəbəsindən digər binaya keçid etmək istəyərkən iki bina arasında olan 90 sm məsafəli boşluğa 29.1 metr hündürlükdən yıxılaraq ölüb.

Hadisədən sonra Caniyar Abdalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

End of content

No more pages to load

RADİO