Təzadlı VƏZİYYƏT – Xaricdə alınan diplomları Nazirlik tanıyırsa, DİM niyə imtahan keçirir?

Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirilib

Təqdim edilən proqram əsasında ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların peşə üzrə ümumi biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəb direktoru olmaq istəyənlər İMTAHAN VERƏCƏK


Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.

Məlumdur ki, dövlət qulluğu üçün DİM tərəfindən ayrıca imtahan keçirilir. Özəl sektorda isə diploma yox, peşəkarlığa üstünlük verilir. Bu mənada peşə tanınması üzrə imtahanın keçirilməsi xeyli sual doğurur. Birincisi, bu cür imtahanların keçirilməsinə böyük ölçüdə dövlət vəsaiti xərclənir. İkincisi, xaricdə təhsil alanların diplomunun tanınması üçün Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir. Ən nəhayət, bu imtahanların nəticələrinin ünvanı bəlli deyil. 

DİM-in nəticələri isə işəgötürənlər üçün heç də əsas sayılmır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, bu müzakirəyə açıq məsələdir:

“Əgər xaricdə təhsil alan şəxsi hansısa sahibkar işə götürürsə, bunda heç bir problem yoxdur. Bundan başqa, istər xaricdə, istərsə də ölkədə təhsil almış istənilən şəxs dövlət qulluğuna götürülən zaman DİM-də ayrıca imtahan verir. Ona görə də bu cür imtahanların, baryerlərin anlamı yoxdur. Bunu qeyri-rəsmi də həyata  keçirtmək olar. Bu hər bir təşkilatın daxili işidir. Ona görə də DİM tərəfindən keçirilən peşə tanınması üzrə imtahanın məqsədi və məramı tam açıqlanmalıdır ki, insanlarda məsələ ilə bağlı hər hansı bir şübhə yeri qalmasın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Zelenski 3 ölkədəki səfiri vəzifəsindən AZAD ETDİ

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Cəlilabadda avtomobil 50 metr hündürlükdən dərəyə uçdu - FOTO

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

End of content

No more pages to load

RADİO