Göygöldə ölümlə nəticələn yol qəzasında ölənlərin kimliyi məlum olub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, həyatını dəyişənlər 1968-ci il təvəllüdlü Y.Qasımova, 1967-ci il təvəllüdlü A.Verdiyeva və 1991-ci il təvəllüdlü Əvəz Əliyevdir.
Məlumata görə, ölənlər Şəmkir rayon sakinləridir.
Xatırladaq ki, Bakı-Qazax magistral yolunda, Göygöl rayonunun ərazisindən keçən ərazidə hərəkətdə olan iki avtomobil toqquşub.
Bizim.Media