ABŞ Prezidenti Donald Tramp başının üstündə uçan quşu dronla səhv salıb.
Bizim.Media xəbər verir ki, həmin anlar Trampın Ağ Evdəki çıxışı zamanı baş verib.
Uçan quşu görən Amerika lideri donub qalıb və səmaya baxıb. Bunun quş olduğunu anlayan kimi dronların indi hər cür ölçüdə istehsal olunduğunu qeyd edib:
"Elə bildim ki, bu, drondur. İndi onları hər cür ölçüdə istehsal edirlər. Yəqin ki, eşitmisiniz, onlar çox dağıdıcı ola bilərlər".
Bizim.Media