Ermənistanda iti hərəkətdə olan avtomobilə bağlayaraq sürüyən sürücü saxlanılıb.
Bizim.Media xəbər verir ki, hadisənin görüntüləri mayın 11-də sosial şəbəkələrdə yayılıb.
Videoda “VAZ-2121” markalı avtomobilin arxasınca ipə bağlanmış itin qaçdığı görünür.
Polis həmin gün sürücünün şəxsiyyətini müəyyən edib. Onun Artaşar kəndinin 45 yaşlı sakini olduğu bildirilib.
Saxlanılan şəxs əməlini etiraf edib.
Qeyd edək ki, ötən ilin yayında Kotayk vilayətinin Bureqavan kəndində də oxşar hadisə baş vermişdi.
Bizim.Media