Lənkəranda İran vətəndaşının iştirakı ilə zəncirvari qəza baş verib.
Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Şiləvar kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, Səhəd Dədəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil dönmə hərəkəti edərkən arxadan gələn İran vətəndaşı Yasir Əzizadənin idarə etdiyi “Volvo” markalı yük maşını minik avtomobilinə çırpılıb.
Toqquşmadan sonra idarəetmədən çıxan “VAZ-2107” əvvəlcə Əli Ramazanovun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə, daha sonra isə yol kənarındakı dirəyə dəyib.
Qəza zamanı “VAZ-2107”-nin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Hadisənin səbəbləri araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu