Bu gün Svetitsxoveli Katedralında Gürcüstanın yeni seçilmiş 142-ci Katolikos-Patriarxı Müqəddəs Şio III taxta çıxıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı mərasim keçirilib.
Təntənəli liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları, yəni patriarxal mitr, eləcə də tac və xaç - panagiya təqdim edilib.
Məbəddə hökumətin və Nazirlər Kabinetinin üzvləri, eləcə də "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili iştirak ediblər.
Bizim.Media