Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir

Mayın 8-də “Asia Pacific Report” saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyunda keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib.

Bizim.Media xəbər verir ki, Bakı Təşəbbüs Qrupundan “apa.az” verilən xəbərə görə, məqalədə BTQ-nin sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı təşkilat tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.

Məqalədə qeyd edilir ki, Fransa Baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir.
 

Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda, Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyən edəcək. Bu baxımdan proses Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və ərazinin gələcək siyasi statusu baxımından həlledici əhəmiyyət daşıyır.


Qeyd edilib ki, BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən cari ildə Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul edilib.

Bəyanatda Komitə, Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə Fransaya xəbərdarlıq edib və ciddi narahatlığını ifadə edərək qeyd edib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli Kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.

Seçkilər ərəfəsində adadakı Fransa hökumətinin “5-ci kolon”u sayılan loyalislər Yeni Kaledoniyada doğulmuş şəxslərlə onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif edib.

Bu təşəbbüs təxminən 10 min yeni seçicinin elektorata daxil edilməsinə səbəb ola bilər ki, bu da Kanak xalqının siyasi təmsilçiliyinə və mövcud seçki balansına təsir göstərə biləcəyi üçün ciddi narahatlıq doğurur.
 

Qeyd edək ki, 2019-cu ildə keçirilmiş son əyalət seçkilərindən sonra, 2024-cü ilə planlaşdırılan növbəti seçkilər üç dəfə təxirə salınıb. Fransa Konstitusiya Şurası seçkilərin ən geci 28 iyun 2026-cı ilədək keçirilməli olduğunu bəyan edib.


Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, seçkilər əslində Yeni Kaledoniyanın siyasi gələcəyi və Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ baxımından strateji əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

İran BƏƏ-yə raket hücumu etdi

İran BƏƏ-yə raket hücumu etdi

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə BAĞLANIR

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə BAĞLANIR

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Güləşçimiz Emin Cavadlı dünya üçüncüsü oldu

Güləşçimiz Emin Cavadlı dünya üçüncüsü oldu

Vəkil Elşad Məmmədovun hansı səbəbdən həbs edildiyi MƏLUM OLDU

Vəkil Elşad Məmmədovun hansı səbəbdən həbs edildiyi MƏLUM OLDU

İsveçrədə yanacaq kəskin BAHALAŞDI

İsveçrədə yanacaq kəskin BAHALAŞDI

Lavrov Britaniyanı Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakda İTTİHAM ETDİ

Lavrov Britaniyanı Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakda İTTİHAM ETDİ

Son əsərini yandırdı, 10 gün sonra dünyadan köçdü – Dahi yazarın müəmma dolu SON GÜNLƏRİ

Son əsərini yandırdı, 10 gün sonra dünyadan köçdü – Dahi yazarın müəmma dolu SON GÜNLƏRİ

İsrail İnfantinonu dəstəkləməkdən İMTİNA ETDİ

İsrail İnfantinonu dəstəkləməkdən İMTİNA ETDİ

Bu teatra Müslüm Maqomayevin adı veriləcək

Bu teatra Müslüm Maqomayevin adı veriləcək

Nazirliklər paytaxtın mərkəzindən köçürüləcək

Nazirliklər paytaxtın mərkəzindən köçürüləcək

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü – VİDEO

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü – VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənə ilə qeyd olundu – FOTO/VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənə ilə qeyd olundu – FOTO/VİDEO

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

İran və Ermənistan enerji mübadiləsini artırmağa hazırlaşır

İran və Ermənistan enerji mübadiləsini artırmağa hazırlaşır

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO