Elman Rüstəmova şok ittiham: 5 milyonu görün necə mənimsəyib - MƏHKƏMƏ DAVASI

Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun adı hallanan proses keçirilir. Belə məlum olur ki, Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu dönəmdə onun xeyir-duası ilə eyni əmlak girov götürülməklə 2 banka, hərəsinə 2 milyon 500 min manat olmaqla kredit verilib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, prosesdə tərəflərdən birinin vəkili olan Əkrəm Həsənov bu qalmaqallı işlə bağlı sosial şəbəkədəki hesabında fikirlərini paylaşıb.

Yazıb ki, Elman Rüstəmov təkcə “Premium Bank” vasitəsilə deyil, həm də “Deka-Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb!

“Heç bir gəliri olmayan iki şəxsin adına və məlumatsız digər vətəndaşın əmlakını qanunsuz girov qoymaqla Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb. Yəni Mərkəzi Bank bir əmlakı girov götürməklə (???) 2 bankın hərəsinə 2 milyon 500 min manat kredit verib, onlar da öz növbəsində 2 fiziki şəxsə həmin məbləğləri “istehlak” krediti kimi veriblər. İndi də başda Mərkəzi Bank olmaqla 3 bank həmin əmlaka göz dikib”.


Vəkil qeyd edir ki, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə banklardan kredit dosyesini tələb edib, lakin banklar həmin dosyeni ortaya çıxarmırlar ki, həqiqət üzə çıxsın:

“Kredit dosyelərini tələb edirəm ki, gətir görək bu krediti necə vermisən, gətirmirlər, qorxurlar. Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin? Ay bank, qanuni kredit vermisənsə, niyə sənədləri gizlədirsən? Ay hakim, kredit üzrə işə sənədləri görmədən necə baxıb qərar verəcəksən? Ara yerdə də heç nədən məlumatı olmayan, heç bir sənədə imza atmamış vətəndaşın əmlakı əlindən gedir. Azərbaycana kim pul qoyar belə şeyləri biləndən sonra?”.

Qeyd edək ki, bu ilin fevralında məsələ qalxanda Mərkəzi Bank rəhbəri demişdi ki, “Premium Bank”ın gəliri az olan vətəndaşa 2 milyon 500 min manat məbləğində istehlak krediti verməsində problem görmür.

Əkrəm Həsənov isə bu çıxışla bağlı demişdi ki, əslində, orada bir yox, bir neçə böyük problem var:

“Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda məsələ ilə bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verib, halbuki 2013-cü ildə verilib və s.). Odur ki, məsələ ilə bağlı mənə hələlik məlum olanı bəyan edirəm. Deməli, 2010-cu ildə Nizami Kərimov adlı vətəndaş tikilən binada “Aqana Servis” şirkətindən qeyri-yaşayış sahəsi alıb (hazırda həmin sahə “Metropol” restoranı kimi fəaliyyət göstərir). Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə “Premum Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib. Hər bir halda ortada olan odur ki, “Premum Bank” Mərkəzi Bankdan 5,25%-lə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi “maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən “təyinat” amorfdur. Kredit müddəti ərzində də Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, “Premum Bank” isə 4,7%-ə endirərək (???) müddəti uzadıblar.

Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, “Premum Bank”-ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: “Premum Bank” və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur. İndi isə qayıdaq bu kreditin niyə qanunsuz olması məsələsinə.

Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi “Banklarda kreditlərin verilməsi Qaydaları” qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən “Premum Bank” kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Niyə? Çünki qorxur. Qanunsuz, qeyri-sağlam kredit verdiyini bilir. Kreditin məqsədi yoxdur, borcalanın gəliri haqda sənəd yoxdur, monitorinq aparılmayıb və s. və i.a.

Bəlkə kimsə deyəcək ki, nə olsun, gəliri yoxdur, amma o boyda girovu var (başqasına mənsub olaraq qanunsuz girov qoyulsa da)?! Xeyr, bu arqument yanlışdır! Qaydaların 4.1.7-ci bəndində deyilir:

“Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır.”

Beləliklə, Mərkəzi Bank və “Premium Bank” qanunsuz, qeyri-sağlam kredit veriblər. Əmlakın da başqa şəxsə mənsub olduğunu biliblər. Buna görə də vicdansızdırlar!

Buna görə də Mərkəzi Bankın indiki rəhbərliyi belə krediti problem saymaya bilməz. Əks halda, Elman Rüstəmovdan miras qalan bank sistemimizdə “Muğan Bank” kimi fəlakətli müflisləşmələr hələ çox olacaq. Belə banklara qarşı tədbir görülməlidir!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Həm tədbirə gəlmir, həm də borcunu vermir" – KTMT Ermənistanı səs hüququndan məhrum edir

"Həm tədbirə gəlmir, həm də borcunu vermir" – KTMT Ermənistanı səs hüququndan məhrum edir

Əhalinin neçə faizi uşaqlar üçün sosial şəbəkə qadağasını dəstəkləyir? – SORĞU NƏTİCƏLƏRİ

Əhalinin neçə faizi uşaqlar üçün sosial şəbəkə qadağasını dəstəkləyir? – SORĞU NƏTİCƏLƏRİ

Pakistanda helikopter qəzaya düşdü - Sağ qalan yoxdur

Pakistanda helikopter qəzaya düşdü - Sağ qalan yoxdur

KTMT ölkələri Ermənistanla bağlı razılığa gəldi

KTMT ölkələri Ermənistanla bağlı razılığa gəldi

Əhməd İsmayılov: “Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur”

Əhməd İsmayılov: “Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur”

Famil Fərhadoğlu: “Xəbər siyasətimizi obyektivlik və operativlik üzərində qurduq”

Famil Fərhadoğlu: “Xəbər siyasətimizi obyektivlik və operativlik üzərində qurduq”

Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Yevlaxda atasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Yevlaxda atasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Kristal”dan ideal fürsət: 52 m² dəniz mənzərəli studiya mənzillər satışdadır!

“Kristal”dan ideal fürsət: 52 m² dəniz mənzərəli studiya mənzillər satışdadır!

İran heç vaxt təslim olmayacaq! - Pezeşkian

İran heç vaxt təslim olmayacaq! - Pezeşkian

Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ

Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ

Nazir: “Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir”

Nazir: “Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir”

"Son zəng" bu il neçə nəfər üçün səslənəcək?

"Son zəng" bu il neçə nəfər üçün səslənəcək?

Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Uşaqlara aid mövcud hesablar da BAĞLANACAQ?

Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Uşaqlara aid mövcud hesablar da BAĞLANACAQ?

Məktəblərdə dərsliklərin yığılmasına başlanıldı

Məktəblərdə dərsliklərin yığılmasına başlanıldı

Ərinin qətlini sifariş verən qadına ağır cəza – FOTO

Ərinin qətlini sifariş verən qadına ağır cəza – FOTO

Moskva ilə İrəvan arasında körpülər yanır: "Aİİ-dən bəhrələnib Aİ-yə qaçmaq olmaz!" – VİDEO

Moskva ilə İrəvan arasında körpülər yanır: "Aİİ-dən bəhrələnib Aİ-yə qaçmaq olmaz!" – VİDEO

“Son zəng”də bayağı mahnılara İCAZƏ VERİLMƏYƏCƏK

“Son zəng”də bayağı mahnılara İCAZƏ VERİLMƏYƏCƏK

Ərdoğan: “İsrailin hərəkətləri Türkiyə üçün də təhdid mənbəyidir” – VİDEO

Ərdoğan: “İsrailin hərəkətləri Türkiyə üçün də təhdid mənbəyidir” – VİDEO

“Qəbələ” daha bir legioneri komandadan GÖNDƏRDİ

“Qəbələ” daha bir legioneri komandadan GÖNDƏRDİ

“Son zəng”də bunlar qadağandır – RƏSMİ –  VİDEO

“Son zəng”də bunlar qadağandır – RƏSMİ – VİDEO

Bakıda 72 yaşlı qadının bıçaqlanmış meyiti tapıldı

Bakıda 72 yaşlı qadının bıçaqlanmış meyiti tapıldı

Oman sahillərində tanker alovlar içində – VİDEO

Oman sahillərində tanker alovlar içində – VİDEO

Bakıda avtomobil yandı - VİDEO

Bakıda avtomobil yandı - VİDEO

End of content

No more pages to load

RADİO