900-ə yaxın abituriyent jurnalistikaya qabiliyyət imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən Bakıda və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq imtahanda ümumilikdə 893 abituriyentin iştirakı nəzərdə tutulur. 

DİM-dən Bizim.Media-ya bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. 

Abituriyentlər imtahana buraxılış vərəqəsini DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. 

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli: 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 

İmtahanın məzmunu haqqında 

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və media nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. 

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. 

İnşanı (esseni) yazarkən abituriyent: 

-səliqəli, oxunaqlı və aydın xətlə yazmalı; 

-öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli; 

-mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli; 

-yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli; 

-ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli; 

-ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxara bilmək qabiliyyətini nümayiş etdirməli; 

-fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas,nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir. 

Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır: 

-inşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır. 

-verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması; 

-abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması; 

-çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması; 

-yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi; 

-yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması. 

Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. 

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qrammatik və leksik səhvi olan yazılara verilir. 

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansı işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir. 

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Kreml Zelenskiyə şərt qoydu

Kreml Zelenskiyə şərt qoydu

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı – VİDEO

Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı – VİDEO

Polislə yanaşı vətəndaş...

Polislə yanaşı vətəndaş...

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

Saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırma başladı

Saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırma başladı

Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

End of content

No more pages to load

RADİO