Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yazın gəlişi təbiətin canlandığı, bolluq-bərəkətin simvoluna çevrildiyi dövr hesab olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu fəsil ölkəmizin müxtəlif bölgələrində özünəməxsus adət-ənənələrlə qeyd edilir.

Müxtəlif xalqların əsrlərdir birgə yaşadığı Zaqatala rayonunda yazın gəlişi müxtəlif el mərasimləri, bayramlarla qeyd olunur. Rayonun Yuxarı Tala kəndinin sakinləri isə yazın gəlişini günəş rəmzi olan “Maxara” el bayramı kimi qeyd edirlər. Bu bayram qədim ənənələrin yaşadılması ilə yanaşı həm də birlik və həmrəyliyin rəmzi sayılır.

 

Aprel və mayın yağışlı, soyuq havasından sonra günəşin torpağı isitməsi ilə Yuxarı Tala kəndində də sakinlərdə canlanma hiss olunur. El mərasimlərinin təşkili üşün nəzərdə tutulan məhəllə bu gün daha canlıdır, daha qaynardır. Bir tərəfdə uşaqların səs-küyü, digər tərəfdə ocaq üstə sac qoyulub maxara bişirilir, başqa bir  tərəfdə isə qazanlarda hədik hazırlanır. Bütün bunların hamısı kənd sakinlərinin öz vəsaiti, öz təəşəbbüsü ilə həyata keçirilir.  


Kənd sakini Musa Musayev bildirir ki, ö gözünü açandan bu adən-ənəni görüb və zaman dəyişsə, nəsillər yenilənsə də, el bayramları böyük coşqu ilə yaşadılır:

“Bu el mərasimi bizim uşaqlıqdan adət-ənənəmiz olub. Hər il biz keçiririk”- deyən Musa kişi deyir ki, bu həm mehribançılıq həm milli ənənəmizdi...  Kənd sakinin sözlərinə görə burada əsas məqsəd kənd samaatını bir araya gətirib ünsiyyəti artırsınlar, bir biri ilə görüşsünlər, bir yerdə olsunlar. Cavanlar, gənclər görsünlər ki, köhnədən kənddə nə cür adət-ənənlər olub.

Rəbiyyət nənə də səhər erkəndən həm də ailəliklə məclis yerinə gəldiklərini bildirir. Deyir ki, bu el mərasimində maxara və bir də hədik hazırlanır. Hər bir ailə bilir ki, buraya hansı ərzaqlar gətirilməlidir. Ona görə kimin gücü nəyə çatır, nə qədər gətirə bilir gətirir. Daha burada kimsə az ya kimsə çox ərzaq gətirib deyə sorğu-sual olunmaz. 
 

Kənd sakinləri bildirir ki, el bayramının keçiriləcəyi gün əvvəldən bəlli olur və kənarda yaşayan bütün qotum-əqraba, oğul-uşaq məclisə dəvət olunur. Məhəllənin bir kənarında qurulan cadır da iki hissədən ibarətdir. Biri qadınlar digəri isə kişilər üçün nəzərdə tutulub. El mərasiminə qatılanlar üçünsə bu bayram daha maraqlı və yaddaqalandır.  


Belə el mərasimlərində əsas yük somavar qaynadan, xörək bişirən ya da sac üzərində maxara bişirənlərin üzərinə düşür desək yanılmarıq. Əsl fədakarlıq, xeyrətçilik də məhz budur.

Ocaq başında səhər tezdən hədik qazanlarını düşüb onları hazırlayan Cuma kişi, ona yaxın yerdə iri somavarda çay dəmləyib bütün məclisə pürrəngi çay verən Samir belə insanlardandır. Sac üzərində maxara bişirənlərin isə adını sadalayıb qurtaran deyil . Çünki belə mərasimlər üçün ən azı minlərlə maxara hazırlanır.

Yuxarı Tala sakinlərindən onu da öyrənirik ki, belə mərasimlərdə ilk əvvəl məclisə qatıla bilməyən ahıl, xəstə eləcə də kasıb, kimsəsiz ailələrə xüsusi pay alınaraq onlara çatdırılır. Məhz bu təbəqədən olan insanlar xörəklərin dadına baxandan sonra uşaqlar doyurulur.

El mərasiminin səhər saatlarından başlayaraq axşama kimi davam etdiyini deyən sakinlər bununla da birlik və bərabərliklərini ifadə etdiklərini xüsusi vurğulayırlar. 

















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

End of content

No more pages to load

RADİO