“Galatsaray”ın futbolçusu Lukas Torreiraya hücumun görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə İstanbulun Beyoğlu rayonunda yerləşən ticarət mərkəzlərindən birinin qarşısında qeydə alınıb.
Məlumata görə, “Galatasaray”ın futbolçusu mərkəzdən çıxarkən Yusuf Y. adlı şəxs ona hücum edib. Yaranan qarşıdurmaya təhlükəsizlik əməkdaşları və Torreiranın sürücüsü müdaxilə edib.
Şübhəlinin hadisədən sonra qaçmağa çalışdığı, lakin polis tərəfindən saxlanıldığı qeyd olunub. Lucas Torreira ifadəsində həmin şəxslə bağlı daha əvvəl uzaqlaşdırma qərarı aldırdığını bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Bizim.Media