Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza bu gün rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı “Toyota” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 1961-ci il təvəllüdlü Ayna Quliyeva və 1996-cı il təvəllüdlü Jalə Quliyeva xəsarət alıblar.
Yaralılar Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu