Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrə atəşi dayandırmaq və Donbas ərazisini tərk etmək barədə əmr verməlidir ki, Moskva və Kiyev tammiqyaslı sülh danışıqlarına keçə bilsin.
Bizim.Media xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bəyanat yayıb.
Onun sözlərinə görə, Ukrayna böhranının nizamlanması üzrə danışıqlar olduqca mürəkkəb keçəcək və çox sayda mühüm detalları əhatə edəcək.
Bizim.Media