Bolqarıstan çempionatında 34-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə Plovdiv “Botev”inin qonağı olub. Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 2:1.
Hüseynov da bu matçın iştirakçısı olub.
Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 61-ci və 70-ci dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb.
Qeyd edək ki, “Arda” hazırda 48 xalla 7-ci pillədə qərarlaşıb.
Bizim.Media