Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə qatar reysləri təyin edib.
Bu barədə Bizim.Media "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.
Məlumata görə, biletləri ADY-nin saytında, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.


Bizim.Media