Müəllimi baltalayaraq qətlə yetirən şəxs: “Arvadıma sataşdı..."

Şirvan Apellyasiya Məhkəməsində Astarada tanışını qətlə yetirməkdə təqsirləndirilən Aslan Şüvünəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. 

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan Şüvünəliyev 16 il müddətinə azadlıqdan məhrum olunub. 

Qeyd edək ki, hadisə 2023-cü il mayın 1-də Astara rayonu Şümrüd kəndində qeydə alınıb. Belə ki, rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyev şəxsi münasibətlər zəminində 1969-cu il təvəllüdlü Eynəli Əzizovu balta ilə xəsarətlər yetirərək qəsdən öldürüb. 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 

İttihamda qeyd edilib ki, hadisə günü Aslan Astara rayonu Şümrüd kəndində ailəsi ilə birgə yaşadığı Eynəliyə məxsus yaylaq sahəsində olub. O, Eynəli ilə birlikdə təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedib.


Mərhum isə onun arvadı ilə evdə tək qalıb. Eynəli bundan istifadə edərək təqsirləndirilən şəxsin arvadına sataşıb intim münasibətdə olmaq istəyib. Aslan meşədən qayıtdıqdan sonra həyat yoldaşı ona bu barədə bildirib. O, hiddətlənərək qisas almaq niyyəti ilə Eynəli Əzizovu öldürmək qərarına gəlib, sonra yaylaqdan çıxıb qohumunun obasına tərəf gedən mərhuma saat 16:21-də zəng edib, meşə ərazisində dərədə mal-qaranın ürkmək səslərinin gəlməsini eşitdiyini söyləyib. 

Eynəli Əzizov isə dərəyə tərəf gəlib, Aslan Şüvünəliyev arvadına sataşdığı üçün onunla mübahisə edib. Bu zaman özü ilə əvvəlcədən götürdüyü balta ilə Eynəli Əzizovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.

Aslan Şüvünəliyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, söyləyib ki, Eynəli Əzizovu onun arvadına sataşdığı üçün öldürüb. 

Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib. O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Kreml Zelenskiyə şərt qoydu

Kreml Zelenskiyə şərt qoydu

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı – VİDEO

Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı – VİDEO

Polislə yanaşı vətəndaş...

Polislə yanaşı vətəndaş...

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

Saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırma başladı

Saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırma başladı

Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

End of content

No more pages to load

RADİO