Yol hərəkəti qaydalarını pozub, görüntüləri paylaşan xanım sürücü CƏZALANDIRILDI – VİDEO

Bir müddət öncə sosial şəbəkələrdə Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünün videosunu yayımlamışdı. Həmin sürücü xanım Aysu Nurəliyevadır və o, idarə etdiyi 77-FB-782 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə qanunsuz manevr etməklə yol hərəkəti qaydalarını pozub.

Paylaşdığı həmin videonun rəy bölməsində A.Nurəliyeva sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq "day-dayılıq" edəninin olduğunu bildirib. Bu video bir çox kütləvi informasiya vasitələrində yayımlanıb və qeyd olunub ki, xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib:

“Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub. Şəxslə profilaktik söhbət aparılaraq, barəsində inzibati protokol tərtib olunub.

Araşdırmalar zamanı o da məlum olub ki, xanımın tanışı öz adına avtomobil icarəyə götürüb və həmin maşını xanıma bir neçə saatlıq sürmək üçün verib. Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir”.
 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eks-prezidentə 30 il iş kəsildi

Eks-prezidentə 30 il iş kəsildi

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

“Xaç atası”nın ulduzu TANINMAZ HALDA - VİDEO

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

ABŞ-İran memorandumu -14 bəndlik sənəddə nələr var?

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

Xırdalanda Dost Mərkəzi yanır

Xırdalanda Dost Mərkəzi yanır

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Trampın İran mesajlarının gizli MƏQSƏDİ - TƏHLİL

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Bu rayonlarda ehsan LƏĞV olunub — SİYAHI

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"

Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO

Kralın böyük qızı vəfat etdi – Ölkə matəmə büründü - FOTO

Kralın böyük qızı vəfat etdi – Ölkə matəmə büründü - FOTO

Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

End of content

No more pages to load

RADİO