Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü iclasında müzakirə olunub.

Bildirilib ki, “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında” Beynəlxalq Konvensiya 5 oktyabr 2001-ci il tarixində London şəhərində imzalanıb.

Konvensiyanın məqsədi gəmilərdə istifadə olunan çirklənmə əleyhinə sistemlərin dəniz mühitinə və insan sağlamlığına zərərli təsirlərinin qarşısının alınması, bu sahədə beynəlxalq nəzarət mexanizminin yaradılması və ekoloji cəhətdən daha təhlükəsiz sistemlərin tətbiqinin təşviq edilməsidir.
 

Konvensiya ilə tərəf dövlətlər üçün zərərli çirklənmə əleyhinə sistemlərin tətbiqinin məhdudlaşdırılması və ya qadağan edilməsi, gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, bu sahədə monitorinq və məlumat mübadiləsinin həyata keçirilməsi ilə bağlı öhdəliklər müəyyən edilir.


Sənəddə gəmilərdə istifadə olunan bəzi toksik maddələrin, xüsusilə biosid kimi istifadə edilən orqanoqalay birləşmələrinin istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur. Eyni zamanda, “Sibutrin” maddəsinin tətbiqi ilə bağlı nəzarət tədbirləri müəyyən edilir. Konvensiyanın əlavələrində həmin maddələrin tətbiqinə dair qadağalar, keçid müddəaları və nəzarət mexanizmləri əks olunub.

Konvensiyaya əsasən, beynəlxalq səfərlərdə iştirak edən müəyyən kateqoriyalı gəmilər üçün müvafiq beynəlxalq şəhadətnamələrin və bəyanamələrin verilməsi nəzərdə tutulur. Gəmilərin Konvensiyanın tələblərinə uyğunluğu tərəf dövlətlərin səlahiyyətli orqanları və ya tanınmış təşkilatlar tərəfindən aparılan yoxlamalar vasitəsilə müəyyən edilir.
 

Bununla yanaşı, Konvensiya çərçivəsində zərərli maddələrin qiymətləndirilməsi üçün elmi və texniki mexanizmlər müəyyən edilir, Beynəlxalq Dəniz Təşkilatı (IMO) çərçivəsində müvafiq prosedurlar və əməkdaşlıq tədbirləri nəzərdə tutulur.


Konvensiya dəniz mühitinin mühafizəsinə, insan sağlamlığının qorunmasına, beynəlxalq gəmiçilik sahəsində vahid ekoloji təhlükəsizlik standartlarının tətbiqinə və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Konvensiya 21 maddə və 4 əlavədən ibarətdir.

Əlavələrdə çirklənmə əleyhinə sistemlərə nəzarət tədbirləri, qadağan məhdudlaşdırılan maddələrin siyahısı, həmin maddələrin qiymətləndirilməsi üçün texniki və elmi meyarlar, habelə beynəlxalq şəhadətnamə və bəyannamələrin formaları müəyyən edilir. Bununla yanaşı, gəmilərin yoxlanılması və sertifikatlaşdırılması prosedurları da əks olunub.

“Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə qanunu layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

End of content

No more pages to load

RADİO