Cənubi Koreyanın eks-prezidenti Yun Sok-yul 30 il həbs cəzasına məhkum edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Seul məhkəməsi keçmiş liderin təxribat yaratmaq və bundan hərbi vəziyyət tətbiq etmək üçün bəhanə kimi istifadə etmək məqsədilə qəsdən Şimali Koreyaya dronlar göndərdiyini bildirib.
Bu hökm əvvəllər dövlət çevrilişinə cəhdə görə tətbiq edilmiş ömürlük həbs cəzasına əlavə olacaq.
Siyasətçinin müdafiəsi dron hadisəsini "zəruri təhlükəsizlik tədbiri" adlandıraraq günahsızlığını iddia etməyə davam edir.
Bizim.Media