Azərbaycanın Portuqaliyanın paytaxtı Lissabonda səfirliyi təsis ediləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əks olunub.
Qanun layihəsi müzakirələrdən səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Günay Şahmar, Bizim.Media