Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin may ayı ərzində 68 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
May ayı ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 5221, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 436 müraciət daxil olub.
Bundan başqa, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 759 müraciət daxil olub.
Ötən ay əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 26512 müraciət daxil olub.
Bizim.Media