Quru sərhədlərlə bağlı ÇAĞIRIŞ – “Onlar üçün açılsın!”

“Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 45 minə yaxındır. Bu rəqəm həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyələrində təhsil alan tələbələri əhatə edir”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, ümumilikdə Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi məlumatlarına əsasən, Türkiyədə rəsmi yaşayış icazəsi ilə yaşayan Azərbaycan vətəndaşlarının sayı 71 min nəfərə yaxındır:

“Yay tətili başlayır, Türkiyə artıq ucuz ölkə deyil, bahalıqdır, tələbələrin 2 ay tətil zamanı Türkiyədə qalmaları baha başa gəlir, yay tətilində iş tapmayanlar vətənə dönmək, öz ailəsini görmək, heç olmasa, 2 ay xərclərini azaltmaq istəyirlər. Quru sərhədlərin bağlı qalması tələblər üçün əlavə yükdür, təyyarə biletləri çox bahadır, yayda təlabat artır deyə, qiymətlər də yüksəlir”.

N.Cəfərli qeyd edib ki, Naxçıvanda qeydiyyatda olanlar üçün Türkiyə ilə quru sərhədlər açıqdır:

“Təsəvvür edin ki, eyni universitetdə 2 azərbaycanlı oxuyur, biri, məsələn, Şəkidə, digəri isə Naxçıvanda qeydiyyatdadır. Naxçıvan qeydiyyatı olan tələbə cəmi 50-60 manat xərc çəkərək Türkiyənin müxtəlif şəhərlərindən evinə gələ bilir, amma şəkili, gəncəli, qubalı, bakılı gələ bilmir – bu ədalətli deyil. Quru sərhədlər tam açılmalıdır, heç olmasa Türkiyədə təhsil alan tələbələr üçün Naxçıvandan girişə icazə verilməli, onlar ucuz qiymətə vətənə dönməlidirlər”.

İqtisadçı əlavə edib ki, Naxçıvandan İran ərazisindən keçməklə avtobus marşrutu da var:

“Onlar cəmi 100-120 manata Bakıya gəlib çıxa bilərlər. Bəli, yol uzun, yorucu olur, amma tələbələr gəncdir, onlara vəsaitə qənaət etmək daha vacibdir. Nazirlər Kabinetinə çağırışım odur ki, lütfən, bu məsələyə baxın, bircə qərarla onminlərlə insanın problemini həll etmiş olarsınız”. (Globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

End of content

No more pages to load

RADİO