Nazir: Azərbaycanda qeyri-neft sektoru 2,7 faiz artıb

2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və 129,1 milyard manat təşkil edib. 2025-ci ildə adambaşına düşən ümumi daxili məhsul artaraq 12,6 min manat olub.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 

Nazir bildirib ki, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, 2025-ci ildə qeyri-neft sektorunda 2,7 faiz real artım əldə olunub, ÜDM-in 72 faizi və yaxud 92,3 mlrd. manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 mlrd. manat çoxdur.


“Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb. Profositli tədiyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil etməklə hədəf diapazonunda qalıb”, - deyə S.Babayev qeyd edib.

Onun sözlərinə görə, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 faiz, orta aylıq nominal əməkhaqqı 9,3 faiz artıb və bu göstəricilər inflyasiya səviyyəsini xeyli üstələyib ki, bu da ölkədə sosial rifahın yaxşılaşdığını təsdiq edir.

Nazir, həmçinin cari ilin əvvəlinə ölkənin məcmu valyuta ehtiyatlarının 85,1 milyard ABŞ dolları təşkil etdiyini bildirib:

“Məcmu valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyib, 2025-ci ildə istehsal olunan ÜDM-in isə 112,1 faizinə bərabər olub. Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir.

Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin mühüm təminatıdır”.

S.Babayev 2025-ci ildə “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiymətinin orta hesabla 71 ABŞ dolları səviyyəsində qərarlaşdığını, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 1,4 faiz artım olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

End of content

No more pages to load

RADİO