Yevlax-Zaqatala-Gürcüstan magistralınının Şəkinin Cəfərabad kəndindən keçən hissəsində ağır qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 58 yaşlı Ələsgər İbrahimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən ehtiyatsızlığından idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Onun həyat yoldaşı Mehriban İbrahimova isə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər Mehriban İbrahimovaya müalicələr təyin ediblər. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəzanın təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu