Xaçmazda ağır qəza baş verib.
Hadisə Xaçmaz rayonunun Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunda qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Yeni Həyat qəsəbə sakininin idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Adı açıqlanmayan sürücü qəza nəticəsində yararsız hala düşmüş avtomobildən sağ çıxa bilib. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu