DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
İdarədən Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə deyilir:
"Baş Dövlət Yol Polisi İdarəsi piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyə və təhlükəsizlik qaydalarına laqeyd yanaşmamağa çağırır. Unutmayaq ki, bir anlıq diqqətsizlik ağır nəticələrə səbəb ola bilər".
Bizim.Media