İtaliyanın Baş naziri Corcia Meloni siqareti tərgidib.
Bizim.Media “Yeni Şafak”a istinadla xəbər verir ki, Baş nazir dünən Fransada G7 sammiti çərçivəsində digər liderlərlə söhbəti zamanı bu barədə məlumat verib.
Belə ki, Almaniya kansleri Fridrix Merz zarafatla Melonidən siqaret çəkmək istəyib-istəmədiyini soruşub. Meloni isə bu təklifə cavab olaraq siqareti tərgitdiyini bildirib.
Qeyd edək ki, ötən ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Meloniyə siqareti tərgitməyi məsləhət görmüşdü.
Bizim.Media