Məşhur amerikalı müğənni Keti Perri ilə Kanadanın sabiq baş naziri Castin Trudo yenidən birlikdə görüntülənib.
Bizim.Media xəbər verir ki, cütlük ABŞ-nin Kaliforniya ştatının Santa Barbara şəhərində parkda piknik edərkən paparatsilərin obyektivinə tuş gəlib.
Sakit və səmimi görüntüləri ilə diqqət çəkən cütlük Sakit okeanı mənzərəsi qarşısında vaxt keçirib.
Məlumata əsasən, piknik zamanı Perri və Trudo yaxın münasibət nümayiş etdirib, ətrafdakı insanların diqqətinə baxmayaraq birlikdə romantik anlar yaşayıblar.
Qeyd edək ki, Perri və Trudo haqqında sevgi iddiaları ilk dəfə 2025-ci ilin iyulunda gündəmə gəlib. Həmin vaxt onların Monreal şəhərində restoranların birində birlikdə şam yeməyində görüntülənməsi geniş müzakirələrə səbəb olmuşdu.


Bizim.Media