ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı göyərtəsində narkotik maddələr daşıyan gəmiyə zərbə endirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, ABŞ ordusunun həyata keçirdiyi hərbi zərbə nəticəsində gəmidə olan şəxslərdən birinin həlak olduğu rəsmən təsdiqlənib.
Cənub Komandanlığının məlumatına görə, sözügedən əməliyyat regionda narkotrafik şəbəkələrinə qarşı aparılan aktiv mübarizə və qaçaqmalçılıq yollarının kəsilməsi çərçivəsində reallaşdırılıb.
Bizim.Media