Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır

Ramiz Mehdiyevin ailəsinə məxsus maliyyə qurumlarından biri ilə bağlı diqqətçəkən dəyişiklik baş verib. Belə ki, “Bank BTB” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-yə çevrildiyini elan edib. Buna Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarı ilə razılıq verilib.

Bankın BOKT-a çevrilməsi praktik olaraq nə deməkdir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan hüquqşünas, iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı ikinci haldır:

“İlk belə nümunə “Parabank”la bağlı olub. Həmin bank ləğv edildikdən sonra “Para BOKT” yaradıldı. “Bank BTB” ilə bağlı vəziyyət isə fərqlidir, çünki bank ləğv olunmayıb, birbaşa BOKT-a çevrilib. Banklar və BOKT-lar hər ikisi kredit təşkilatı sayılsa da, onların fəaliyyət imkanları və tələbləri fərqlənir. Bank üçün minimum nizamnamə kapitalı 50 milyon manat olduğu halda, BOKT üçün bu məbləğ 1 milyon manatdır. Bu baxımdan bank fəaliyyətini davam etdirmək daha çətin və böyük maliyyə resursları tələb edir”.

İqtisadçı bildirib ki, bankda maliyyə problemi yarandıqda səhmdarlar əlavə vəsait yatırmaq istəmədikdə və ya buna imkan tapmadıqda, statusun dəyişdirilməsi variantı gündəmə gəlir:

“Digər mühüm məqam odur ki, banklar AMB-nin daha ciddi nəzarəti altında fəaliyyət göstərir. Çünki onlar əmanət qəbul edir, bank hesabları açır və pul köçürmələri həyata keçirirlər. BOKT-lar isə bu xidmətləri göstərə bilmir və əsasən kredit vermə fəaliyyəti ilə məşğul olurlar. Buna görə də bankların fəaliyyət imkanları daha geniş olsa da, onlara tətbiq olunan tələblər və məsuliyyət də daha ağırdır”.

Ekspertin sözlərinə görə, Mehdiyevin ailəsinə məxsus bankın BOKT-a çevrilməsinin səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürülə bilər:

“Mümkündür ki, bankın əlavə kapitala ehtiyacı yaranıb və səhmdarlar bunu təmin etmək istəməyiblər. Lakin məsələni yalnız konkret səhmdarlarla əlaqələndirmək düzgün olmaz.

Hazırda bank sektorunda inhisarlaşma, təmərküzləşmə prosesi gedir. Orta, eləcə də kiçik bankların iri maliyyə qurumları ilə rəqabət aparması getdikcə daha da çətinləşir. Bu isə prosesin obyektiv iqtisadi tərəfidir”.

Qeyd edək ki, “Bank BTB”nin səhmlərinin 74,99 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19,01 faizi Sadiq Rza İsmayıl oğluna, 6 faizi isə Tükəzban Ağa qızı Mahmudovaya məxsus olub.

Bankın əsas səhmdarı Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Digər səhmdar Sadiq İsmayıl isə onun qardaşıdır. Beləliklə, Mehdiyevlər ailəsinin nəzarətində olan maliyyə qurumu fəaliyyətini yeni statusla davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO