Bakıda 4.7 milyard dollarlıq sazişlər imzalanacaq

Azərbaycan investisiya üçün çox cəlbedici məkandır.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunun (PSF 2026) açılışında deyib.

“Biz ümumi dəyəri 4,7 milyard dolları ötən 32-dən çox saziş və Anlaşma Memorandumunun imzalanmasının şahidi olacağıq. Bu tədbirlər bu böyük illik toplantının yaddaqalan, maraqlı və məhsuldar olması məqsədilə böyük diqqət və peşəkarlıqla hazırlanıb. Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir. 1992-ci ildə quruma üzv olduqdan sonra əməkdaşlığımız qarşılıqlı etimada, ortaq prioritetlərə və praktik nəticələrə əsaslanıb.

Hər iki tərəf özəl sektorun inkişafına, ticarət maliyyələşdirilməsinə, infrastruktur layihələrinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, yaşıl keçidə və rəqəmsal transformasiyaya xüsusi önəm verir. Bu istiqamətlər, eyni zamanda Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının əsas prioritetləri sırasındadır", - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, iqtisadiyyatın şaxələndirilməsi əsas strateji məqsədlərdən biri olaraq qalır:

“Biz emal sənayesi, kənd təsərrüfatı və qida emalı, logistika, bərpaolunan enerji, rəqəmsal texnologiyalar və ixrac potensialına malik digər qeyri-neft sahələrində böyük imkanlar görürük.

Azərbaycanın təqdim etdiyi imkanlarla İslam İnkişaf Bankı Qrupunun maliyyə alətləri və geniş tərəfdaşlıq şəbəkəsini birləşdirərək həm kommersiya baxımından səmərəli, həm də inkişafyönümlü layihələrin həyata keçirilməsini dəstəkləyə bilərik. Bu imkanları maliyyələşdirilə bilən konkret investisiya layihələrinə çevirmək üçün Azərbaycan geniş dəstək mexanizmləri təklif edir.

Bunlara vergi və gömrük güzəştləri, investisiyaların qorunması, güzəştli maliyyələşdirmə imkanları, həmçinin sənaye parkları və Ələt Azad İqtisadi Zonası kimi investisiyaya hazır platformalar daxildir. Eyni zamanda, Azərbaycanın ən böyük yenidənqurma proqramının həyata keçirildiyi azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da mühüm investisiya imkanları mövcuddur. Orta Dəhliz üzərində strateji mövqedə yerləşən bu platformalar Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiyanı birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu daha da gücləndirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO