Bu gün paytaxtda əsasən yağmursuz, rayonlarda isə yağıntılı hava şəraiti gözlənilir.
Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 11-15° isti, gündüz 19-24° isti təşkil edəcək.
Respublikanın bölgələrində leysan, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Hava gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti proqnozlaşdırılır.
Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.
Bizim.Media