Gecə saatlarında Qax şəhəri Xurşidbanu Natəvan küçəsində avtomobillərin təmiri servisində yanğın hadisəsinin elektrik naqillərində qısa qapanmadan sonra baş verdiyi ehtimal edilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər ərazsində avtomobil təmiri servisində yanğın başlaması barədə Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.
Dərhal hadisə yerinə Mühafizə Hissəsinin bir neçə texnikası və şəxsi heyəti cəlb edilib.
Həyata keçirilən təcili tədbirlərlə servisə təmir məqsədi ilə gətirilən avtomobil yanğın yerindən kənarlaşdırılıb.
Servisdəki sexlərdən biri yansa da digərləri eləcə də yaxınlıqdakı tikililər mühafizə oluna bilib. Hadisənin də həmin yanan sexin daxilindəki naqillərdən qaynaqlana biləcəyi ehtimal edilir.
Yanğının baş verməsi ilə bağlı müvafiq orqanlar araşdırmaları davam etdirir.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu