“Metroda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlər və orada əks olunan rəqəmlər cəfəngiyyatdır”x9d.
Bu sözləri “Bakı Metropoliteni”x9d QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.xa0
“Bakı Metropoliteni”x9d olaraq, biz Tarif Şurasına qiymətin artırılması ilə bağlı müraciət etməmişik. Tarif Şurasına müraciət edilməmiş qiymətlər artırıla bilməz. O ki, qaldı bir sərnişin daşınması üçün xərcin 82,4 qəpik olmasına, bu rəqəm cəfəngiyyatdır. Hesablama Palatası hər ilin sonunda bununla bağlı rəsmi rəqəmləri açıqlayır.xa0
Palata 2015-ci ildə bir sərnişinin daşınmasına çəkilən xərci 54 qəpik göstərmişdi. Cari ilin sonunda bu il bir sərnişinin daşınmasına çəkilən xərc açıqlanacaq”x9d, - deyə “Bakı Metropoliteni”x9dnin rəsmisi bildirib.
Qeyd edək ki, “Azadlıq”x9d radiosu Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə istinadən hesablayıb ki, gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 20 qəpiyə deyil, 82,4 qəpiyə başa gəlir.(oxu.az)