“Bir ildir karantində yaşayırıq. Sərtələşdirməyin. İnsanlar zatən əziyyət çəkir. Onsuz da metronu bağlayıb insanları M1, M2-lərə möhtac qoymusunuz. Camaat avtobusda bel-belə hərəkət edir. Altı-bazar da əhali taksilərin ümidinə qalır”.
Bizim.Media xəbər verir ki, bu sözləri canlı yayımların birində Ağ Partiyanın sədri Tural Abbaslı səsləndirib. Partiya lideri bildirib ki, yoluxmaların sayı bütün dünyada artıb:
“Amma həmin dövlətlərdə karantini sərtləşdirmirlər. Əksinə, vaksinasiyanı sürətləndirirlər”, - deyə Tural Abbaslı fikirlərini tamamlayıb.
Bizim.Media