Gəncədə mikroavtobusla minik maşını ilə toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
Xəsarət alanlar 1974-cü il təvəllüdlü Akif Hüseynov, 1978-ci il təvəllüdlü Nail İsgəndərov, 1985-ci il təvəllüdlü Vasif Məsimov, 2004-cü il təvəllüdlü Ayxan Əliyev və 1985-ci il təvəllüdlü Fatimə Zeynalovadır.
Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Xəstələrin sayının artması gözlənilir. Minik maşının sürücüsü, 1978-ci il təvəllüdlü Nail İsgəndərovun sərxoş olduğu bildirilir.
Bizim.Media
