ABŞ-da yaşayan həmyerlimiz Süsən Sadıqova “Foreign Policy” nəşrinin Vitse-prezidenti postuna təyinat alıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında məlumat verib.
S.Sadıqova qurumun adını işarələyərək orada çalışmağa başladığını qeyd edib. Həmyerlimiz bir çox dost və yaxınlarından təbrik mesajları alıb.
Süsən Sadıqova hazırda ABŞ-ın Vaşinqton şəhərində yaşayır. O, Con Hopkins Universitetinin məzunudur.
Qeyd edək ki, “Foreign Policy” nəşri ABŞ-ın nüfuzlu media qurumudur.
Bizim.Media
