Azərbaycan “5+2 formulu”x9dnu gerçəkləşdirmək qərarında...


Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov “Anadolu”x9d agentliyinə açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz mandatlarından istifadə edərək Ermənistandan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir. Qalib İsrafilov Azərbaycanın şərtini də açıqlayıb.

O deyib ki, öncədən 5 bölgə boşalmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaranmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir. İkinci mərhələdə digər iki region - Laçın və Kəlbəcər qayıtmalıdır və bunun əsasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkibində statusunun müəyyən edilməsi baş tuta bilər. Bunun üçün də Qarabağdan qovulmuş azərbaycanlı icması oraya qayıtmalı və erməni icması ilə bərabər hüquqlarla prosesdə iştirak etməli, onlar üçün həyat qurmağa eyni imkanlar yaradılmalıdır.xa0


xa0

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın irəli sürdüyü həll formulu ədalətlidir. Azərbaycan əvvəllər də bu həll formuluna razı olduğunu bəyan edirdi, lakin Ermənistan buna da razı olmayıb: “Aprelin 2-də Azərbaycan ordusunun cəbhədə irəliləməsi vəziyyətə xeyli dərəcədə təsir göstərə bilər. Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az da irəliləyəcək. İlk mərhələdə 5 rayonun azad edilməsi artıq gündəmdədir. Cəbhədəki vəziyyəti prezident və müdafiə nazirindən yaxşı bilən yoxdur. Ona görə də əgər prezident atəşkəsə razılaşıbsa, həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə bu qərarı verib. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml müharibənin davamını istəmirsə, Ermənistan prezidenti Serj Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa, bunun davamının nə olacağını artıq ermənilər yaxşıca anladılar”x9d.


xa0

Deputat Zahid Oruc hesab edir ki, dörd günlük müharibə və verdiyimiz şəhidlər əslində Qarabağa yeni bir yol açıb (axar.az): “Azad edilən 2 kənd və 8 yüksəklik gələcəkdə Qarabağ prosesində mühüm bir səbəb, aralıq mərhələ, dönüş nöqtəsidir. 7 rayonun hətta beşi qaytarılsa belə, çox arzulayırıq ki, bu, müharibə yolu ilə azad olunsun. Asanlıqla qayıtsa, xalqı çaşdıracaq. Bu gün faktiki olaraq Laçın dəhlizinə bizi aparan yolun üstündə olsaq da, qazanılmış ilk uğurlar ermənilərin bir neçə istiqamətdə mühasirəsinə səbəb olacaq və onların nəfəslikləri daralacaq. Bu dəqiqdir. İndi dünya 1990-cı illər reallığından fərqlidir. Hamını düşündürən bir sual var: niyə atəşkəs oldu? Prosesin əslini və bütün sirləri bilən Ali Baş Komandandır. Prezident bugünlərdə beynəlxalq dairələrlə aparılan danışıqların əsas məğzini cəmiyyətə açmadan göstərir ki, çoxları üçün kiçik görünsə də, əldə edilən uğur Qarabağ prosesinin bütün gələcəyini dəyişəcək. Bu siyasi və olduqca mühüm mesajı artıq ölkə rəhbəri verib. Azərbaycan xa0yeni bir tarixin başlanğıcındadır”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

İranla danışıqlar məni QANE ETMİR...

İranla danışıqlar məni QANE ETMİR...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Tramp: İranla telefon vasitəsilə danışırıq

Tramp: İranla telefon vasitəsilə danışırıq

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

Tramp Avropa İttifaqına: "Rüsumları qaldırdım..."

Tramp Avropa İttifaqına: "Rüsumları qaldırdım..."

Xalq artisti Firəngiz Mütəllimova: Şuşaya köçməyi planlaşdırıram

Xalq artisti Firəngiz Mütəllimova: Şuşaya köçməyi planlaşdırıram

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açıldı – FOTO

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açıldı – FOTO

İran müharibədə dəyən MADDİ ZİYANI açıqladı

İran müharibədə dəyən MADDİ ZİYANI açıqladı

Zerrin Özər aylar sonra ilk dəfə - FOTO

Zerrin Özər aylar sonra ilk dəfə - FOTO

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanlar var

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanlar var

Sibiqa: Ukrayna Rusiyadan ATƏŞKƏS barədə təklif almayıb

Sibiqa: Ukrayna Rusiyadan ATƏŞKƏS barədə təklif almayıb

Fəxr edərək baxılası FOTOLAR

Fəxr edərək baxılası FOTOLAR

End of content

No more pages to load

RADİO