“Avangard Travel”in rəhbərinin həbsi ilə bağlı rəsmi açıqlama - FOTO

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Yeganə Nağıyevanın vətəndaşların 2 milyon manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirməsi faktına görə həbs edilməsinə dair məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

 

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 14 şəxsə cəmi 2 milyon 435 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.


Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 65 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və  güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 413 min 260 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.


İş üzrə toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş, Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra

Metronun iş rejimi dəyişdirilir - BU TARİXDƏN

Metronun iş rejimi dəyişdirilir - BU TARİXDƏN

Bakıda qadın hamamda yıxılıb öldü

Bakıda qadın hamamda yıxılıb öldü

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

Sarayda avtomobil PARTLADI: Xəsarət alan var

Sarayda avtomobil PARTLADI: Xəsarət alan var

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

“Məni narkomanlarla evdə tək qoyurdular” - Bıçaqlanan ana oğlunu bağışlamadı...

“Məni narkomanlarla evdə tək qoyurdular” - Bıçaqlanan ana oğlunu bağışlamadı...

Milyarder Con Polson keçmiş xanımı ilə bahalı boşanma savaşını bitirdi

Milyarder Con Polson keçmiş xanımı ilə bahalı boşanma savaşını bitirdi

Hərbçilərimiz Türkiyədə təlimdə - FOTO/VİDEO

Hərbçilərimiz Türkiyədə təlimdə - FOTO/VİDEO

Füzulidə tüstüdən zəhərlənən kişi öldü

Füzulidə tüstüdən zəhərlənən kişi öldü

Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI - Vəziyyəti necədir?

Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI - Vəziyyəti necədir?

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO

Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

“At kimi qaçan qız”dan yeni xəbər varmı? – VİDEO

“At kimi qaçan qız”dan yeni xəbər varmı? – VİDEO

Məşhur aktrisanın varlı kişilərlə bağlı sözləri GÜNDƏM OLDU

Məşhur aktrisanın varlı kişilərlə bağlı sözləri GÜNDƏM OLDU

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ - VİDEO

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ - VİDEO

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Mülki sığorta üzrə ödəmələrdə ENİŞ – Qəzaların sayı azalıb, yoxsa...

Mülki sığorta üzrə ödəmələrdə ENİŞ – Qəzaların sayı azalıb, yoxsa...

İsmayıllıda 43 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

İsmayıllıda 43 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO

Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO

End of content

No more pages to load

RADİO