Xalq artisti Aygün Kazımova haqqında qara piar kompaniyası davam edir. Bu dəfə də ifaçının stilist Anar Ağakişiyevlə birgə qadın alveri ilə məşğul olması barədə xəbərlər yayılıb. Xəbərdə Xalq artistinin "Best model of Azerbaijan"nın model qızlarını müəyyən pul məbləğində zənginlərə təqdim etməsi barədə məlumat dərc edilib. Bu barədə Xalq artisti A. Kazımova açıqlama verib. Həmin xəbəri yazan şəxsi məhkəməyə verəcəyini deyən A. Kazımova bir çox üstüörtülü məqamlara toxunub.(big.az)