Azərbaycan və Vyetnam prezidentləri arasında MƏKTUB MÜBADİLƏSİ

Azərbaycan və Vyetnam prezidentləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olması münasibətilə məktub mübadiləsi həyata keçiriblər.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin vyetnamlı Nquyen Suan Fukaya ünvanladığı məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sentyabrın 23-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu əlamətdar tarix münasibətilə Sizi və dost xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulmuşdur.

Məmnunluqla qeyd etmək istərdim ki, bu əlaqələr uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf etmiş və hazırkı səviyyəyə çatmışdır.

Biz Azərbaycan-Vyetnam münasibətlərinə böyük əhəmiyyət veririk. Sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığımız bizi sevindirir.

Eyni zamanda, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Vyetnam Prezidenti Nquyen Suan Fukun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirilir:

"Hörmətli cənab Prezident.

Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Son 30 ildə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etməsi və möhkəmlənməsi məmnunluq doğurur. Birgə səylərimizlə Vyetnam və Azərbaycan arasında ölkələrimizin inkişafına fəal şəkildə töhfə verən və ikitərəfli əlaqələr üçün möhkəm təməl yaradan dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri qurulmuşdur.

Mən qəti şəkildə inanıram ki, hər iki ölkənin liderlərinin iradəsi və əzmkarlığı, nazirliklərin və digər qurumların birgə səyləri, eləcə də xalqlarımız arasında əlaqələr sayəsində Vyetnam-Azərbaycan əməkdaşlığı dövlətlərimizin mənafeyi, həmçinin dünyada sülh və inkişaf naminə bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Əməkdar artist futbol azarkeşi imiş

Əməkdar artist futbol azarkeşi imiş

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

"Heç bir estetik əməliyyatım yoxdur"

"Heç bir estetik əməliyyatım yoxdur"

“Qalatasaray” Rumıniya millisinin üzvü ilə maraqlanır

“Qalatasaray” Rumıniya millisinin üzvü ilə maraqlanır

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

İtkin düşən 13 nəfər tapılıb...

İtkin düşən 13 nəfər tapılıb...

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

“Sabah” finala yüksəldi

“Sabah” finala yüksəldi

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

End of content

No more pages to load

RADİO