“Xarici təzyiq və təhdidlərə qarşı birləşməliyik” - Fərid Şəfiyev

Sosial şəbəkələrdə bəzi siyasətçilər və fəallar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlı olduğunu iddia edirlər və bu məsələdə Azərbaycan hökumətini günahlandırırlar. 

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev "Facebook" paylaşımında bildirib.

“Təbii ki, onlar Azərbaycana qarşı məlum 907-ci düzəlişin 1992-ci ildə məhz həmin Konqresdə o dövrdə Azərbaycanda hakimiyyətdə olan Elçibəy hökumətinə qarşı qəbul edildiyini unudublar.

Həmin il Ermənistanın Azərbaycana qarşı təcavüzü başladı və erməni birləşmələri Xocalıda soyqırımı törətdilər”, - o bildirib.

BMTM sədri vurğulayıb ki, həmin fəallar bəlkə ABŞ və Fransa nümayəndələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə, məsələn Şuşaya niyə səfər etmədiklərini də izah edə bilərlər:
“Bəlkə bu hökumət onların yolunu bağlayıb? Ən son nə zaman ABŞ nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünün Ermənistanın təcavüzündən qorunmalı olduğuna dair fikir səsləndirib. Onlar bunu heç 1992-1993-cü illərdə də deməmişdilər.

Halbuki, Birinci Qarabağ müharibəsində Ermənistana kimin hərbi dəstək göstərdiyi və 2016-cı ildə Azərbaycana kimin təzyiq etdiyi bəlli idi. Bu günə qədər bizim bütün nailiyyətlərimiz, o cümlədən İkinci Qarabağ müharibəsindəki qələbə yalnız güc hesabına baş verib.

İşğalçı Ermənistan torpaqlarımızı öz istəyi ilə tərk etməyib. Bəlkə kiminsə xəbəri yoxdur, lakin təəssüflər olsun ki, bu ölkə Azərbaycana qarşı iddialardan əl çəkməyib, hətta Brüsseldə bu və ya digər formada qondarma "DQ" məsələsini gündəmə gətirməyə çalışıb.

Bu işdə Fransa və ABŞ da Minsk Qrupunun fəaliyyətinin bərpası məqsədi ilə müəyyən mənada Ermənistana köməklik edirlər. Rusiyanın maraqları isə təbii ki, öz yerindədir. 

Biz bu günlərdə yenə də şəhid verdik. Bütün məsələləri yaxın zamanlarda həll etməliyik. Problemlər gələcək nəslə miras qalmamalıdır. Reallıqdan uzaq olan şərhlərə uymamalıyıq.

Azərbaycan xalqı çox çətin dövr yaşayıb, faciələr görüb. Ölkə daxilində biz hər hansı məsələ ilə bağlı mübahisə edə bilərik, amma xarici təzyiq və təhdidlərə qarşı birləşməliyik”, - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

Somali sahillərində tanker qaçırılıb

Somali sahillərində tanker qaçırılıb

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

End of content

No more pages to load

RADİO